ANA SƏHİFƏ HAQQIMIZDA LAYİHƏLƏR XİDMƏTLƏR QALEREYA KOMANDAMIZ PARTNYORLAR

MAŞIN ŞOU

“Maşın” şou Azərbaycan teleməkanında bu formatda olan yeganə realiti şoudur. Şounun aparıcısı Azərbaycan Respublikasının Xalq artisti Murad Dadaşovdur. Şouda iştirak edənlərin əsas məqsədi mübarizənin sonunda mükafatı əldə etməkdir. Mükafat isə bahalı avtomobildir. “Maşın” realiti şouda 18 yaşdan yuxarı hər bir vətəndaş iştirak edə bilər. 8-dən çox kamera vasitəsilə yayımlanan gündəlik canlı efirdə 18 məşhur iştirakçı, zalda yer alan tamaşaçılar və minlərlə televiziya tamaşaçıları bir avtomobil uğrunda gedən mübarizənin şahidi olurlar.
Bu layihə Azərbaycan teleməkanında əsl realiti şou janrının ilk və ən yaxşı nümunəsi sayılır. 2005-ci ildən efirdə olan bu realiti şounun yaradıcı komandası layihənin tam mahiyyətini bir cümlə ilə belə ifadə edir: ““Maşın” şou maşın yox, insanlar haqqında layihədir”.